RU

Məhkəmə əvəzinə Ukraynada döyüşməyi seçəcəklər - Putindən yeni sərəncam

Rusiya Prezidenti Vladimir Putinin imzaladığı yeni sərəncama əsasən, müxtəlif cinayətlərə görə, mühakimə olunan şəxslər məhkəmə əvəzinə hərbi xidmətə getməyi seçə biləcəklər. 

"AzPolitika" xəbər verir ki, hərbi xidmətə yollanmaq istəyən şəxslər hakim qarşısına çıxarılmadan sərbəst buraxılacaqlar.

Yeni qanun sayəsində ağır cinayətlərə görə mühakimə olunan şəxslər belə uzunmüddətli həbs cəzası əvəzinə “hərbi toxunulmazlıq” ala biləcəklər. Məlumata görə, onlar bunun müqabilində  ən azı bir il müddətinə Rusiya ordusu ilə hərbi xidmət müqaviləsi imzalayacaq, həmçinin Ukraynada döyüşəcəklərinə dair söz verəcəklər.

Rusiya Müdafiə Nazirliyindən bildirilib ki, məhkəməsi keçiriləcək 60 minə yaxın adamdan 40 faizinin bu yolla hərbi xidmətə yollanacağı gözlənilir.

"AzPolitika.info"

Избранный
13
azpolitika.info

1Источники