RU

“Kalaşnikov” qırıcılar üçün atıcı silahların istehsalını artırıb

“Kalaşnikov” Konserni QŞ-301 təyyarə silahlarının istehsalını artırır.

Herbiand.az Konsernin mətbuat xidmətinə istinadən bildirir ki, 2023-cü ilə nisbətən sifariş həcmlərinin dəfələrlə artması ilə 2024-cü ildə aviasiya silahlarının istehsalı planının icrası tam vaxtında həyata keçirilir.

Hazırda QŞ-301 silahı MiQ-29, MiQ-29K/KUB, Su-27, Su-30, Su-35 qırıcıları və Su-34 cəbhə bombardmançılarında istifadə olunur. Onun istehsalında ən son yüksək texnoloji avadanlıq və yüksək ərintili polad markalarından istifadə olunur. Bu isə məhsulu əla keyfiyyətlə təmin edir və eyni zamanda istehsal prosesini qısaldır.

QŞ-301 yüngülliyinə və yüksək atəş sürətinə görə aviasiyada qeyri-rəsmi “Balerina” adını alıb. Dəqiqlik və atəş sürəti baxımından analoqlarından üstündür. Yerli və xarici hərbi ekspertlərin əksəriyyətinin fikrincə, məhsul hələ də öz sinfində dünyanın ən yaxşılarından biri olaraq qalır.

Bəxtiyar CƏFƏRLİ

Избранный
18
herbiand.az

1Источники