RU

Rusiya Ukraynanın Uqledar şəhərini işğal etdi .Yeni qarşıdurma xətti yaranıb



Rusiya iki il ağır döyüşlərdən sonra, dağıdılmış Uqledar şəhərinin xarabalıqları üzərində öz bayrağını qaldırdı. Məhz iki il ərzində Rusiya Uqledar şəhəri uğrunda minlərlə hərbiçi, yüzlərlə zirehli texnika itirdi. Təbii ki, bu, Rusiyanın "Pir qələbəsidir".
Rusiya Ukraynanın şərqdində hücumu intensivləşdirib. Kreml Donbasin tamamilə işğal olunması istiqamətində hücum əməliyyatlarnı inkişaf etdirir. Bununla da Rusiya danışıqlarda maraqlı olmadığını, Ukraynada bütün ağır itkilərlə baxmayaraq irəliləməyə, yeni ərazilər zəbt etməyə çalışır. Bu hücumlar Rusiyaya yüzlərlə canlı itki və zirehli texnikanın itirilməsi ilə başa gəlir. Belə bir hücumlarla Qərb Rusiyanın kütləvi şəkildə resurslarının tükəndiyinin fərqindədir.
Bütün hücumlarına rəğmən Uqledar şəhərini iki ildən sonra işğal edə bilən Rusiya qoşunlarının Ukraynada öz məqsədlərinə çatması mümkün görünmür. Rusiya Ukrayna müharibəsi geopolitik qarşıdurmadır və burada Moskva -Kiyev arasında danışıqlar mümkün deyil.
İsrailin İranın dəstəklədiyi Həmas və Hizbullaha qarşı hərbi əməliyyatları və Rusiya- Ukrayna cəbhəsində davam edən müharibə Rusiya -İran oxunu kifayət qədər zəiflədib. Demək olar ki, Qərblə- Rusiya və İran arasında cəbhə xətti Şərqi Avropadan başlayaraq, Cənubi Qafqaz və Yaxın Şərqə qədər uzanıb. Qərblə Rusiya və İran yeni toqquşma cəbhəsi yaradıb. Qərblə Rusiya Şərqi Rusiya və Ukrayna müharibəsində, Cənubi Qafqazda Ermənistan və Gürcüstanda siyasi mübarizə, Yaxın Şərqədə isə, Qərblə İran arasında aktiv hərbi əməliyyatlar dünya siyasi nizamının formalaşma xəttidir.
Ona görə də Yaxın Şərqdə davam edən müharibənin diplomatik danışıqlar həlli yoxdur. Çünki, yeni siyasi nizamda qarşı tərəfin biri mütləq məğlub olmalıdır. Məhz Rusiya Ukrayna müharibəsində də əsas hədəf qarşı tərəfin məğlub olmasıdır. Yalnız, bundan sonra, yeni siyasi nizama keçid başlayacaq. Döyüşən tərəflərin biri tam sıradan çıxmayınca, heç bir danışıqlar yolu ilə böhranın həlli mümkün mümkün görünmür.
Necəki, 30 il ərzində Azərbaycanla Ermənistan danışıqlar apardı. Amma, istənilən nəticə əldə olunmadi. Azərbaycan məcbur qalıb gücə əl atdı. Nəticədə, Cənubi Qafqazda yeni siyasi nizam formalaşdı.
Məhəmməd Əsədullazadə
Избранный
12
1
newscenter.az

2Источники