RU

AFFA Premyer Liqa klublarını cəzalandırıb

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

İdman.biz xəbər verir ki, yığıncaqda Misli Premyer Liqasının VIII turunun oyunlarında baş verənlər müzakirə olunub.

Xoşagəlməz hadisələrə hüquqi qiymət verən qurum klubları cəzalandırıb.

27 sentyabr 2024-cü il tarixində Misli Premyer Liqasının VIII turunun “Araz-Naxçıvan” – “Səbail” oyununda “Səbail” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Səbail” komandası 700 manat cərimə edilir (maddə 37);
28 sentyabr 2024-cü il tarixində Misli Premyer Liqasının VIII turunun “Neftçi” – “Sumqayıt” oyununda “Sumqayıt” komandasının 6 futbolçusu sarı vərəqə aldığına görə “Sumqayıt” komandası 700 manat cərimə edilir (maddə 37);
29 sentyabr 2024-cü il tarixində Misli Premyer Liqasının VIII turunun “Şamaxı” – “Turan Tovuz” oyununda “Şamaxı” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Şamaxı” komandası 700 manat cərimə edilir (maddə 37);
29 sentyabr 2024-cü il tarixində Misli Premyer Liqasının VIII turunun “Şamaxı” – “Turan Tovuz” oyununda “Turan Tovuz” komandasının 5 futbolçusu sarı vərəqə aldığına görə “Turan Tovuz” komandası 700 manat cərimə edilir (maddə 37);

Избранный
18
7
idman.biz

10Источники