RU

BP və SOCAR yaşıl enerji keçidinə dəstək verəcək

BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, "Bakı İqlim Fəaliyyəti Həftəsi" çərçivəsində keçirilən panel sessiyasında, şirkətin atmosferə istixana qazı emissiyalarının azaldılması üzrə fəaliyyətlərini davam etdirəcəyini bildirib. O, həmçinin BP-nin “yaşıl enerji”yə keçid mövzusunda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə əməkdaşlığını genişləndirmək niyyətində olduğunu vurğulayıb.

Fins.az xəbər verir ki, Aslanbəyli, BP və SOCAR-ın birgə işləyərək, emissiya texnologiyaları və hesabat sahəsində daha effektiv nəticələr əldə edəcəyini qeyd edib. Bu əməkdaşlıq, Azərbaycanda və regionda yaşıl enerji keçidinə dəstək olacaq, həmçinin iqlim dəyişikliyi ilə mübarizədə mühüm addımlar atılmasına imkan verəcək.

Избранный
11
fins.az

1Источники