RU

Paşinyan Fransaya getdi


Ermənistanın Baş naziri Nikol Paşinyan Fransaya gedib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, oktyabrın 5-dək davam edəcək işgüzar səfər çərçivəsində Nikol Paşinyan Fransa Prezidenti Emmanuel Makron və Baş nazir Mişel Barnye ilə görüşəcək.
Paşinyan Beynəlxalq Frankofoniya Təşkilatının sammitində də iştirak edəcək.
Digər tərəfdən, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da Fransaya gedib. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Onun bu gün Parisdə Beynəlxalq Frankofoniya Təşkilatının 45-ci nazirlər forumunda iştirakı gözlənilir.
Избранный
26
16
yeniavaz.com

10Источники