RU

"Juninyo rəqibin müdafiə xəttini ülgüc kimi kəsir" - isveçlilər təlaş keçirir

"Qarabağ" bu gün Avropa Liqasının liqa mərhələsinin 2-ci turunda "Malmö"nü qəbul edəcək.

"Football-plus.az" xəbər verir ki, "svenskafans.com" saytının əməkdaşı Fredrik Hed qarşılaşma haqda fikirlərini "Çətin, amma mümkün!" sərlövhəli yazıda oxucularına çatdırıb. Sizi həmin yazıyla tanış edirik:

"Malmö" tarixində ilk dəfə "Qarabağ"la qarşılaşacaq. Komanda əslində Ağdam şəhərini təmsil edir. Lakin Qarabağda yaşanmış münaqişə səbəbindən paytaxt Bakıya köçüb.

Oyun Bakıda, Xəzər dənizinin yaxınlığında yerləşən Tofiq Bəhramov adına stadionda keçiriləcək. "Qarabağ" 2011/12 mövsümündən bəri 10 dəfə Azərbaycan premyer-liqasının çempionu olub. İndi yeddi turdan sonra 2 xal fərqlə turnir cədvəlinə başçılıq edir. Komanda Azərbaycanın ən güclüsüdü. Ağdam təmsilçisi AL-nin ilk turunda "Tottenhem"ə uduzdu (0:3). İngiltərə komandası azlıqda qalsa da, rahat qələbə qazandı. Rəqibin futbolçusunun meydandan qovulmasına kürəyində "18" yazılan oyunçu Juninyo səbəb oldu. O, cəld mərkəz hücumçusudu və rəqibin müdafiə xəttini ülgüc kimi kəsir. Bir neçə futbolçunun arasından sıyrılıb keçərkən arxasında dağıntılar buraxır. Qısası, "Malmö"nün müdafiəçiləri çox böyük problemlə üz-üzədi. "Qarabağ" ötən mövsüm "Bayer-04"ün, cari "futbol ili"ndə isə "Ludoqorets"in başına bəla gətirib. Qırmızı vərəqə onları dayandırmır. Kollektivin baş məşqçisi Qurban Qurbanovdu. Azərbaycanlı mütəxəssis davamlı uğurların qazanılmasında böyük pay sahibidi. O, hər oyunda orta hesabla 1.99 xal toplayır. "Qarabağ"ın heyətinin dəyəri 20,2, "Malmö"nünki isə 37,3 milyon avrodu. Amma rəqəmlər bizi aldatmasın. Ağdamlılar danılmaz dərəcədə yaxşı komandadı. "Malmö" bu rəqibi məğlub etmək üçün qüsursuz oynamağa məcburdu. Yəqin ki, "Malmö" bəxtini yalnız irəliyə uzun ötürmələr etməklə sınaya bilər".


Xatırladaq ki, oyun saat 20.45-də başlayacaq.

KƏNAN BAHADIR
Избранный
14
1
football-plus.az

2Источники