RU

Rusiyadan Livana yardım: Putinin göstərişi ilə Beyruta 33 ton humanitar yardım çatdırılıb

İsrailin intensiv hücumları nəticəsində ağır humanitar vəziyyətlə üzləşən Livana Rusiya prezident Vladimir Putinin göstərişi ilə yardım əlini uzadıb.

Editor.az xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin verdiyi açıqlamaya görə, İl-76 yük təyyarəsi Beyruta 33 ton humanitar yardım çatdırıb. Humanitar yardım paketinə ərzaq məhsulları, dərmanlar, əsas ehtiyaclar üçün materiallar və mobil elektrik stansiyaları daxildir. İl-76 təyyarəsini Beyrutda Rusiya səfiri Aleksandr Rudakov və Livanın ətraf mühit naziri Naser Yasin qarşılayıb. İsrailin Livanın cənubundakı hədəflərə endirdiyi zərbələr nəticəsində didərgin düşən minlərlə insan qaçqın vəziyyətinə düşüb. Çoxlu qaçqın düşərgələri yaradılsa da xeyriyyə təşkilatları və bələdiyyələr çətin vəziyyətdə olan insanların ehtiyaclarını ödəmək üçün səfərbər olublar.

//Gülnarə Abasova, Editor.az

 

Избранный
31
editor.az

1Источники