RU

Siyasətimizdə sakitik, münasibətimizdə səmimiyik - Ceyhun Musaoğlu yazır

Deyirlər bəşər tarixi yazılandan cəmi 40 il müharibəsiz dövr olub. Biz də müharibə elədik. Bizim müharibəmiz tarixə sülh müharibəsi kimi düşdü.

Hazırda dünyada alayı müharibə baş verir. "İran-İsrail müharibəsi başladı" məzmunlu xəbərlər gündəmə raketlər kimi hücum edib. Ağır dönəm yaşayırıq, həm də ona görə ki, əgər aparılacaqsa müharibə bizim regionda aparılacaq. 

Əziyyət çəkmişik, 30 illik işğala son qoymuşuq, regioanda sülh gündəliyini biz yaratmışıq, biz idarə edirik, dünya məcburən oyunlarını yenə bizim regiona salıb. 

Politoloji rəy verməkdən uzağam. Bizi öz vəziyyətimiz daha çox maraqlandırmalıdır. Vəziyyətimizsə belədir: Siyasətimizdə sakitik. Bizdə aqressiya yoxdur, bizdə ari irq xəstəliyi yoxdur, bizdı dost var, qonşu var, ətraf var, hər birinə münasibətdə səmimiyyət var. 

İki böyük üstünlük: 

Siyasətimizdə sakitik

Münasibətimizdə səmimiyik

Təhlükə bununla bitmir. Əvvəl ölkələri daxildən qarışdırmaq istəyirdilər. Xalqlar güclü çıxdı, daxili qarşıdurmalardan sığortalanan çox ölkə adı çəkə bilərik. 

Elə birinci öz adımız. Biz uğurlu yol, xeyirli yol qət etmişik. Xeyli zaman qazanmışıq. İndi bu zamanı açıq müharibələr vasitəsi ilə başqa ölkələrdən almaq planı işə düşüb. Ölkənə müharibə elan edirlər. 

Güclü olmağa borcluyuq və bu güc məhz hərbi güc olmalı. Son model müasir silahlara sarılaraq, öz işimizlə - yaratmaqla məşğul olaq. Biz Qarabağı alan və yenidən yaradan xalqıq. Biz dövlətik. Biz dövlətliyik. 

"Dövlətliyk" bazar konteksində deyilməyib. İqtisadiyyat arta, azala bilər, onun riyazi həlli yolu var. Əsas dövlətin bu mexanizmi düzgün işlətməsidir. 

Cəmiyyət də dövlətinə kömək olsun, həm də çox kömək olsun. 

Избранный
8
bakivaxti.az

1Источники