RU

Bu qəzalar yol təsərrüfatına ziyan vurub - RƏSMİ

Bu gün gecə saatlarında Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun 32-ci km-də yol təsərrüfatına ziyanla nəticələnən yol-nəqliyyat hadisələri baş verib.

 

Sfera.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.

 

Məlumata görə, eyni vaxtda hər iki istiqamətdə hərəkətdə olan yük maşınları eyni ərazidə idarəetmədən çıxaraq yol ayrıcına çırpılıblar. Nəticədə yol ayrıcında olan dəmir tirlər və bir işıq dirəyi sıradan çıxıb.

 

Dərhal əraziyə Agentliyin əməkdaşları cəlb olunaraq yolun sözügedən hissəsində əlavə təhlükəsizlik tədbirləri görülüb, hərəkətin təhlükəsizliyi və fasiləsizliyi təmin olunub.

 

Qəza nəticəsində yol təsərrüfatına dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Избранный
3
13
sfera.az

10Источники