RU

Əliyar Ağayev ÇL-in Liqa mərhələsinin oyununu idarə etdi

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev futbol üzrə UEFA Çempionlar Liqasında Liqa mərhələsinin oyununu idarə edib.

Arena.az xəbər verir ki, o, qitənin 1 nömrəli klub turnirinin Liqa mərhələsinin 2-ci turu çərçivəsində keçirilmiş “Şturm” (Avstriya) – “Brügge” (Belçika) oyununun baş hakimi olub.

Matç qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Belçika təmsilçisinə qələbə gətirən yeganə qolu 23-cü dəqiqədə Kristos Tsolis vurub.

Əliyar Ağayev oyunun gedişində meydan sahiblərinin 5, qonaqların isə 1 futbolçusunu sarı vərəqə ilə cəzalandırıb.

Qeyd edək ki, Klaqenfurt şəhərində yerləşən “Verterze” stadionunda keçirilən matçda Əliyar Ağayevə yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək ediblər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirib.

Избранный
5
5
arena.az

7Источники