RU

İran bütün uçuş məhdudiyyətlərini götürdü

İran daxilində uçuşlara qoyulan bütün məhdudiyyətlər aradan qaldırılıb. Uçuşlar artıq normal rejimdə həyata keçirilir. Bu barədə İran rəsmiləri məlumat yayıblar.

Xatırladaq ki, bir müddət öncə İran hakimiyyəti ölkənin hava məkanının oktyabrın 3-ü səhər saatlarına qədər bağlandığını bəyan etmişdi. 

Hava məkanının bağlanmasına səbəb İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) İsrail ərazisinə raket hücumları olub.

İki gün öncə İrandan "Hizbullah" lideri Həsən Nəsrullahın öldürülməsinə cavab olaraq İsrailin hərbi obyektlərinə doğru iki mərhələ ilə 200-dən artıq raket atılıb. Onların əksəriyyəti İsrailin hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilsə də, bir çoxu hədəfə çatıb. ABŞ-nin "Axios" saytı yazıb ki, İsrail bu hücuma qarşı cavab əməliyyatı hazırlayır. Öz növbəsində, İsrailin bir sıra hökumət rəsmisi, o cümlədən müxalifət lideri Yair Lapid İranın hücuma görə ciddi və ağır cavab verəcəyini bəya edib.

Tural

Избранный
8
news365.az

1Источники