RU

Ukraynada daha iki azərbaycanlı həlak oldu (FOTO)

Rusiya-Ukrayna müharibəsində daha iki azərbaycanlı həlak olub.

Hurriyyet.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Ukrayna tərəfdən döyüşlərə qatılmış Naxçıvan sakini Novruzov Surət Baba oğlu endirilən zərbələr nəticəsində həyatını itirib. Onun cənazəsi ötən gün Naxçıvan MR-in Kəngərli rayonuna gətirilərək dəfn edilib.

Bundan başqa, Rusiya ordusunun tərkibində döyüşlərə qatılan Ələt qəsəbə sakini Cəfər Mustafayev də Ukraynanın hücumu zamanı həlak olub.

Fotoda Surət Novruzov

 

Fotoda Cəfər Mustafayev

Избранный
9
28
hurriyyet.az

10Источники