RU

Məşhur aktrisa ikinci dəfə toy etdi - FOTOlar

"Stranger Things" və "Enola Holmes" kimi filmlərlə tanınan britaniyalı aktrisa Millie Bobby Brown və bir müddətdir görüşdüyü Ceyk Bonqiovi 2023-cü ilin aprelində nişanlanıb və evliliyə ilk addım atıblar.

News24.az xəbər verir ki, Millie Bobby Brown və Jake Bongiovi nişanlandıqdan bir il sonra heç kimə demədən evləniblər. Bon Jovi qrupunun solisti Jon Bon Covi cütlüyün gizli toyunu bu sözlərlə təsdiqləyib:

"Onlar heyrətamiz idi. Çox kiçik bir ailə toyu idi. Gəlin mükəmməl idi, Ceyk xoşbəxt idi".

Oktyabrın 2-də İtaliyada növbəti toyu olan məşhur cütlük fotoları izləyiciləri ilə bölüşüb.

Məşhur aktrisa paylaşdığı toy fotolarına "Həmişə və hər zaman, sənin həyat yoldaşın" qeydini yazıb.

Jake Bongiovi də toy fotolarında "Sonsuza qədər və həmişə ərin" deyib.

Həmin fotoları təqdim edirik:

Günel Məlikzadə


Избранный
14
news24.az

1Источники