RU

Qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirirlər. Məlumatı DİN mətbuat xidməti verib. 

Oktyabrın 2-də polis əməkdaşları 5 tüfəng təhvil götürüblər

Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində də tədbirlər davamlı olaraq həyata keçirilir. Oktyabrın 2-də əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 avtomat silahı, 2 tüfəng, 1 patron darağı və 30 ədəd patron aşkar edilərək götürülüb. 

P.ƏMİRCANOV
XQ

 

Избранный
12
8
xalqqazeti.az

10Источники