Elm və Təhsil Nazirliyi COP29-la əlaqədar tədbirlər planı hazırlayıb.
Bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov oktyabrın 3-də Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində təşkil olunan "İqlim keçidlərində ali təhsilin rolu" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, orta və ali məktəblərdə ekoloji şüur formalaşdırılmalıdır: "İnsan kapitalının ali təhsildə vacib rolunu nəzərə alsaq, iqlim maarifləndirməsində ali təhsilin trayektoriyasını genişləndirmək vacibdir".