RU

Bakıda beynəlxalq yarış başladı

Bakıda “Ocaq Sport” klubunun təşkilatçılığı ilə keçirilən bədii gimnastika üzrə 3-cü beynəlxalq “Ocaq kuboku”na start verilib.

Msport.az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan yarışda 10 ölkəni təmsil edən 37 klubdan 400 fərdi gimnast və 16 qrup komandası medallar uğrunda mübarizə aparır.

Turnirdə 2009-2018-ci il təvəllüdlü gimnastlar həm fərdi, həm də qrup hərəkətləri proqramında ayrı-ayrı alətlər və çoxnövçülük üzrə bacarıqlarını nümayiş etdirirlər.

Qeyd edək ki, “Ocaq kuboku”na oktyabrın 6-da yekun vurulacaq.

Избранный
14
3
msport.az

4Источники