RU

“10 manata fəhlə işləyirəm, dolana bilmirik” – CƏLİLABAD SAKİNİ SOSİAL YARDIM VERİLMƏMƏSİNƏ ETİRAZ EDİR

Cəlilabad rayonu, Privolnoye kənd sakini Vəliyev Mehdi Səyahət oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. O, ünvanlı sosial yardım verilməməsinə etiraz edir:

“Mən, Vəliyev Mehdi Səyahət oğlu, yazaraq sizdən xahiş edirəm ki, şikayətimi işıqlandırasınız.

Bildirim ki, 3 azyaşlı uşağım var. Ünvanlı sosial yardım almaq üçün müraciət etdim, gəlib baxış keçirdilər, sonra isə imtina cavabı gəldi.

Gündəlik 10 manata fəhlə işləyirəm. 10 manat pul ilə dolana bilmirik. Səlahiyyətli şəxslərdən xahiş edirəm ki, bizə kömək etsinlər”.

Aynurə İSMAYIL

Hurriyyet.az

Избранный
17
hurriyyet.az

1Источники