RU

Arif Əsədov: “Juninyonun ayağının açılacağına ümid edirəm”

“Qarabağ”ın rəqibi İsveç futbolunun lideri olan təcrübəli komandadır. Skandinaviyalılar avrokubokların qrup mərhələsinin daimi iştirakçısıdır. Demək lazımdır ki, “Malmö” son zamanlarda daha da yüksəlişdədir”.

Bu sözləri təcrübəli mütəxəssis Arif Əsədov apasport.az saytına açıqlamasında deyib.

Yığmamızın sabiq baş məşqçisi “Qarabağ”ın şanslarını dəyərləndirib: “Təmsilçimizi çətin oyun gözləyir. Buna baxmayaraq “Qarabağ” da təcrübəlidir. Ev matçı olması isə ağdamlılara əlavə motivasiya verəcək. Bilirik ki, “köhlən atlar” evdə keçirdiyi görüşlərdə azarkeşlərinin dəstəyi ilə çox daha üstün futbol nümayiş etdirir. Ümid edirik ki, təmsilçimiz bu gün qələbə qazanacaq. Liqa mərhələsində hər xal çox önəmlidir. Mübarizəni davam etdirmək istəyirsənsə, xallar qazanmalısan. Bu günkü oyunda qələbə “Qarabağ”a hava-su kimi lazımdır. Komandanın son zamanlarda ən böyük problemi qol epizodlarını reallaşdıra bilməməkdir. Ağdamlılar matçın startında bunun öhdəsindən gəlib fərqlənə bilsə, qarşılaşma daha rahat keçəcək, Tez bir zamanda Juninyonun ayağının açılacağına ümid edirəm. Ümumilikdə “Qarabağ”ın “Malmö”nü məğlub edəcəyinə inanıram.

Qeyd edək ki, “Qarabağ” – “Malmö” görüşü bu gün 20:45-də start götürəcək.

İsmayıl Xeyrullayev

 

Millimiz məğlub oldu

"Malmö"nü Tofiq Bəhramovda 70 azarkeş dəstəkləyəcək

Santuş media nümayəndələrinin suallarını cavablandıracaq

Azərbaycan Kubokunda I təsnifat mərhələsinin oyun proqramı açıqlanıb

Birinci Liqa: “Cəbrayıl”dan inamlı qələbə - YENİLƏNİB

Избранный
8
apasport.az

1Источники