RU

Aşıq Ələsgərin abidəsi Ağkilsə kəndində yenidən ucalacaq - Kamaləddin Qafarov

Bakı. Trend:

“Bakıda Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi,böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışı ölkəmizinmədəni həyatında baş vermiş əlamətdar hadisədir. Bu münasibətləsentyabrın 30-da keçirilmiş dövlət tədbirində Ölkə Prezidenti cənabİlham Əliyevin iştirakı bu hadisənin əhəmiyyətini xüsusivurğulayır.”

Trend xəbərverir ki, bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatıKamaləddin Qafarov deyib.

Millət vəkili bildirib ki, dövlətimizin başçısı tərəfindən AşıqƏləsgərin adının əbədiləşdirilməsi üçün iki Sərəncam imzalanmışdır.“Bildiyimiz kimi, bu Sərəncamlardan biri əsasında Aşıq Ələsgərin200 illik yubileyi dövlət səviyyəsində qeyd edildi. İkinci Sərəncaməsasında isə görkəmli xalq sənətkarının abidəsinin ucaldılmasıməsələsi nəzərdə tutulurdu və sentyabrın 30-da şəhərimizin ən gözəlmərkəzi ərazilərinin birində, gözəl bir parkda Aşıq Ələsgərinabidəsi ucaldıldı. Prezidentin çıxışında qeyd olunduğu kimi, AşıqƏləsgər 97 yaşına qədər Azərbaycanın qədim torpağı olan Göyçəmahalında yaşamış, yaratmışdır və ömrünün son illərində öz doğmatorpaqlarını tərk etməyə məcbur olmuşdur. 1918-ci ildə ermənişovinistləri azərbaycanlıları etnik təmizləməyə məruz qoymuşdular.Bu, XX əsrdə azərbaycanlıların öz qədim torpaqlarından – QərbiAzərbaycandan ilk deportasiyası idi.”

Deputat daha sonra bildirib ki, Prezident İlham Əliyevinçıxışında yer alan açıqlamalar Qərbi Azərbaycandan olansoydaşlarımızın qəlblərində yanan ümid çırağını daha daalovlandırmışdır: “Cənab Prezidentin çıxışında bir çox önəmliməqamlar yer almışdır ki, onların da hamısı Azərbaycanın gec-teztarixi ədalətin tam bərpa edilməsinə nail olacağına, Qərbiazərbaycanlıların da nə vaxtsa öz dədə-baba torpaqlarınaqayıdacaqlarına xalqımızın inamını dəfələrlə artırır. Məlumdur ki,ermənilər 30 illik işğal dövründə Qarabağda və Şərqi Zəngəzurdabizim tarixi abidələrimizi, görkəmli şəxsiyyətlərə ucaldılmışabidələri, məscidlərimizi, saraylarımızı, qəbiristanlıqlarımızıdağıtdıqları kimi, bundan illər öncə Qərbi Azərbaycan ərazisində dəbu vandallıqları törətmişlər. O cümlədən, 1970-ci illərdə Ulu ÖndərHeydər Əliyevin təşəbbüsü ilə Aşıq Ələsgərin 150 illik yubileyimünasibətilə sənətkarın doğma Ağkilsə kəndində ucaldılmış abidəsidə 1980-ci illərin sonları - 1990-cı illərin əvvəllərində,xalqımızın üçüncü deportasiya dalğasına məruz qoyulduğu dövrdəerməni vandalları tərəfindən dağıdılmışdır. Cənab Prezident İlhamƏliyev xüsusilə belə bir məqama diqqət yönəltmişdir ki, 1918-ciildə və 1940-50-ci illərdə baş vermiş ilk iki deportasiyadanmüəyyən müddətdən sonra Azərbaycan xalqı öz dədə-baba torpaqlarınaqayıtmışdır. Əlbəttə ki, bu hal belə bir əminlik yaradır ki, üçüncüetnik təmizləmə dalğasına məruz qalmış Qərbi azərbaycanlılar da özdədə-baba torpaqlarına qayıdacaqlar. Dövlətimizin başçısı birmənalıolaraq bildirdi ki, gün gələcək və Azərbaycan xalqı Aşıq Ələsgərinermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcək, Ağkilsəkəndində bununla bağlı mərasim keçiriləcək. AzərbaycanPrezidentinin dediyi hər kəlmənin arxasında sona qədər durduğunuisə, artıq sadəcə xalqımız deyil, bütün dünya yaxşı bilir” .

Избранный
9
14
az.trend.az

10Источники