İsrail hərbçiləri ilk dəfə Beyrutun mərkəzi ərazisinə hücum edib. Söhbət Başura adlı ərazidən gedir.
Hadisə şahidi jurnalistlərə hücum barədə məlumat verib. “Partlayış çox güclü idi. Raketlər birbaşa binaya dəydi”, o deyib. Daha əvvəl İDF Livanın paytaxtına “dəqiq zərbə” endirildiyini bildirmişdi. Livan rəsmiləri hücumda 6 nəfərin öldüyünü, daha 7 nəfərin yaralandığını xəbər veriblər
Xatırladaq ki, İsrail oktyabrın 1-nə keçən gecə Livanda quru əməliyyatına başlayıb. Bundan əlavə, İsrail hərbçiləri hava zərbələri endirir.
//Samir Qurbanov, Editor.az