RU

Tramp İran-İsrail gərginliyini görün nə ilə müqayisə etdi

ABŞ-ın keçmiş prezidenti, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp İran və İsrail arasındakı gərginliyə maraqlı bənzətmə edib.

Publika.az xəbər verir ki, Tramp bu barədə Viskonsin ştatının Milvaukee şəhərində keçirilən seçki kampaniyasında danışıb.

Tramp İran-İsrail gərginliyini “uşaqların məktəb həyətində davası” adlandırıb. O, baş verənlərin çox pis olduğunu deyib: "Görünür, prosesi başa çatdırmalıdırlar. Bu vəziyyət bir az məktəb həyətində iki uşağın davasına bənzəyir".

Tramp iddia edib ki, o, özü prezident olsaydı, bütün bunlar baş verməzdi: "Bu gün gördüklərim dəhşətli müharibədir. Bunun sonu necə olacaq?"

Избранный
9
1
publika.az

2Источники