RU

Bakıda yeniyetmə qətlə yetirilib, həmyaşıdı saxlanılıb - YENİLƏNİB-1

Bakıda yeniyetmənin qətli ilə bağlı bəzi detallar məlum olub.

APA-nın əldə etdiyi məlumata görə, oktyabrın 2-də saat 15:30 radələrində 71 nömrəli məktəbin XI sinif şagirdi dərsdən kənar vaxtda qətlə yetirilib. Hadisəni törədən şəxs məktəbli deyil, ötən il lX sinifdən sonra təhsilini davam etdirməyib.

***

10.16

Yetkinlik yaşına çatmayan şəxsin ölməsi faktı üzrə cinayət işi başlanıb.

Sabunçu rayon prokurorluğundan APA-ya verilən məlumata görə, oktyabrın 2-si Sabunçu rayonu ərazisində yetkinlik yaşına çatmayan R.B-nin (şərti) almış olduğu xəsarətdən müalicə aldığı xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla yetkinlik yaşına çatmayan K.N-nin (şərti) rayonun Zabrat qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanı bıçaqla bud nahiyəsinə xəsarət yetirməsi nəticəsində R.B-nin (şərti) müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb, K.N (şərti) iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

***

2 oktyabr, 16.19

Oktyabrın 2-də saat 14 radələrində paytaxtın Sabunçu rayonu ərazisində 2008-ci il təvəllüdlü H.Quliyevin kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətindən APA-ya bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən həmyaşıdı Y.Mirzəyev saxlanılıb.

Araşdırma aparılır.

Избранный
6
8
apa.az

10Источники