RU

NDU-da "Naxçıvan müqaviləsinin 15-ci ildönümündə Türk Dövlətləri Təşkilatı” mövzusunda tədbir keçirilir

Naxçıvan, 3 oktyabr, AZƏRTAC

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Naxçıvan Dövlət Universitetinin (NDU) birgə təşkilatçılığı ilə “Naxçıvan müqaviləsinin 15-ci ildönümündə Türk Dövlətləri Təşkilatı” mövzusunda tədbir keçirilir.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbir iştirakçıları, əvvəlcə, Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstələri qoyub, siyasi xadimin xatirəsinə ehtiramlarını bildiriblər.

Qonaqlar Naxçıvan şəhərinin mərkəzində yerləşən Heydər Əliyev Muzeyində Ulu Öndərin həyatını və dövlətçilik fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.

Tədbir rəsmi hissədən sonra, işini panel iclaslarla davam etdirəcək.

Избранный
13
1
azertag.az

2Источники