RU

Beyləqanda saxlanılan şəxsdən 3 kiloqram tiryək aşkarlanıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Beyləqanda saxlanılan şəxsdən üç kiloqram tiryək aşkarlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Məlumata görə, Beyləqan Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında keçirilən əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum edilmiş Balaməmməd Abbasov saxlanılıb.
Ondan üç kiloqramdan artıq tiryək aşkarlanaraq götürülüb. B.Abbasov ifadəsində narkotiki şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsi ilə əldə etdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.
Избранный
2
12
oxu.az

10Источники