RU

İsrail yenə Livana zərbə endirdi: 46 ölü, 85 yaralı var

İsrailin son 24 saat ərzində Livana endirdiyi hava zərbələri nəticəsində azı 46 nəfər həlak olub, 85 nəfər yaralanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi açıqlama yayıb.

Qeyd edilib ki, hücumlar əsasən Nəbataba əyalətinin cənub bölgələrinə, Bekaa, Baalbek-Hermel və Livan silsiləsinə yönəlib.

Nazirliyin məlumatına görə, İsrailin son iki həftə ərzində həyata keçirdiyi hücumlar nəticəsində ümumilikdə 1030 nəfər həyatını itirib, 6300-dən çox insan isə yaralanıb.

Bizim.Media

Избранный
2
2
bizim.media

3Источники