RU

Cəbrayıl şəhərinin işğaldan azad olunduğu 4 oktyabr tarixi xalqımızın yaddaşında əbədi qalacaq


Oktyabrın 4-ü Azərbaycan xalqının tarixində əbədi qalacaq.
Çünki oktyabrın 4-də Cəbrayıl şəhəri işğalçılardan azad edildi və bu Qələbənin çox böyük mənası var idi. İlk dəfə olaraq müharibənin birinci həftəsində şəhər, rayon mərkəzi azad edilmişdi. Bunun çox böyük rəmzi mənası var idi. Bu, bizim Ordumuza əlavə güc verdi, inam verdi. Bu Qələbədən sonra şanlı Ordumuz öz tarixi missiyasını digər yerlərdə də icra etmişdir.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Cəbrayıl rayonunda səfərdə olub. Səfər çərçivəsində Prezident cənab İlham Əliyev Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Görüş zamanı dövlətimizin başçısı bildirib: “Azad olunmuş ərazilərə gələn hər bir insan dağıntıları görür və erməni vəhşiliyinin, erməni vandallığının şahidi olur. Bu vəhşilik, bu vandallıq işğal dövründə törədildi. Müharibə dövründə bu qədər dağıntılar ola bilməzdi. İşğal dövründə ermənilər bütün evləri, binaları kərpic-kərpic sökərək talançılıqla, soyğunçuluqla məşğul olurdular və bütün dünya buna göz yumurdu. Biz bütün gücləri səfərbər etmişik və edəcəyik ki, qısa müddət ərzində Cəbrayılı və bütün başqa rayonlarımızı yenidən quraq, bərpa edək. Buna nail olmaq üçün əməli işlər aparılır və azad olunmuş şəhərlərin baş planları hazırlanaraq ictimaiyyətə təqdim olunur”.
Cəbrayıl şəhərinin işğaldan azad olunduğu 4 oktyabr tarixi xalqımızın yaddaşında əbədi qalacaqdır. Bu Qələbənin əsas əhəmiyyəti ondan ibarət idi ki, müharibənin birinci həftəsində ilk dəfə şəhər, rayon mərkəzi azad edilmişdi. Bunun çox böyük rəmzi mənası var idi. Bu Qələbədən sonra şanlı Ordumuz öz tarixi missiyasını digər yerlərdə də davam etdirmişdir. Qeyd etmək lazımdır ki, elə “Böyük Qayıdış” Cəbrayıldan başlamışdır. Belə ki, Cəbrayılın işğaldan azad olunması hələ beş il bundan əvvəl başlamışdı. Aprel döyüşləri nəticəsində strateji yüksəkliklər işğaldan azad olundu və Cocuq Mərcanlı kəndinə insanları qaytarmaq üçün imkanlar əldə edildi. Cocuq Mərcanlıya qayıdış isə Böyük Qayıdışın əsasını qoydu.
Yaradılması nəzərdə tutulan “Araz Vadisi İqtisadi Zonası”nın bütün regionun, o cümlədən Cəbrayıl rayonunun inkişafı üçün önəmli hadisədir. Həmin layihə 200 hektar sahəni əhatə edəcəkdir vəı artıq ilkin maliyyə vəsaiti də ayrılmışdır. “KamAZ” şirkətinin regional xidmət mərkəzinin açılışı gələcəyi olan bir layihədir. Rusiya şirkəti bu bölgəyə investisiya qoymağa başlayıbdır. Türkiyə şirkətləri isə artıq Zəngilan rayonunda böyük kənd təsərrüfatı layihəsinə sərmayə qoymağa başlamışlar.Rayonun elektrik təchizatı məsələləri demək olar ki, öz həllini tapıb. Laçın və Kəlbəcər rayonlarında hazırda su elektrik stansiyalarının bərpası işləri gedir. Artıq bir neçə stansiya işə başlayıb. Cəbrayıla çəkilən 4-6 zolaqlı yol rayona gələcək vətəndaşlar rahatlıqla gələcək və buradan keçən Zəngəzur dəhlizindən istifadə edəcəklər. Artıq birinci yaşayış binasının təməli qoyuldu. Bu bina hazır olan kimi Cəbrayıl şəhərinin ilk sakinləri orada yerləşəcəklər. O vaxta qədər xəstəxana, məktəb və iş yerləri olacaqdır.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin də söylədiyi kimi, bütün görülən işlər insanlarımız üçündür. Əziyyət çəkmiş, çadırda, vaqonun altında, yataqxanada, uşaq bağçasında dözülməz şəraitdə yaşamış o insanlar ən yaxşı şəraitdə yaşamalıdırlar və yaşayacaqlar”.
“Dəmir yumruq” ətrafında sıx birləşərək savaş meydanında qalib gəldiyimiz kimi, sülh dövrünü də zəfərlə başa vurmaq əsas hədəfimizdir.

Leyla Əliyeva
Избранный
14
newscenter.az

1Источники