RU

Bu gün “Qarabağ” - “Malmö” matçı var

Bu gün Azərbaycan təmsilçisi “Qarabağ” UEFA Avropa Liqasında Liqa mərhələsinin II turunda növbəti oyununa çıxacaq.

Komanda doğma meydanda İsveçin “Malmö” klubunu qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmanı yunanıstanlı hakimlər briqadası idarə edəcək.

20:45. “Qarabağ” – “Malmö”

Xatırladaq ki, “Qarabağ” I turda səfərdə “Tottenhem”ə 0:3 hesabı ilə məğlub olub. 

"Cebheinfo.az"

Избранный
11
18
cebheinfo.az

10Источники