Bakı. Trend:
Koreya Respublikası və ABŞ Hərbi Dəniz Qüvvələri birgə təlimlərkeçirib.
Trend-in Yonhapagentliyinə istinadən verdiyi məlumata görə, təlimlər Yaponiyadənizində, Pohanq şəhəri yaxınlığındakı sularda baş tutub vəçərşənbə və cümə axşamı günləri davam edib.
Manevrlərdə Cənubi Koreyanın desant sinfinə aid ROKS Marado vəABŞ-ın USS Boxer gəmiləri də daxil olmaqla dörd gəmi iştirakedib.