Almaniyada milyarderlərin sayı son bir ildə 23 nəfər artaraq 249-a çatıb.
Publika.az xəbər verir ki, "Manager Magazine" nəşri bu barədə apardığı araşdırmaların nəticələrini açıqlayıb.
Bu, jurnalın müvafiq qiymətləndirmələri aparmağa başladığı 2001-ci ildən bəri qeydə alınan ən yüksək rəqəmdir.
Ötən ildən etibarən ilk 500 iş adamının sərvəti 53 milyard avro artaraq 1,1 trilyon avroya çatıb ki, bu da yeni rekorddur.