RU

"Qarabağ" bu PİS XƏBƏRi gözləmirdi - 3 oyunda meydana çıxa bilməyəcək

"Qarabağ"ın legioneri Mateus Silva Avropa Liqasının Liqa mərhələsində bu gün "Malmö" (İsveç) ilə keçiriləcək oyunu buraxacaq.

Sportinfo.az xəbər verir ki, bunu komandanın baş məşqçisi Qurban Qurbanov deyib.

O, Premyer Liqanın 8-ci turunun “Sabah”la görüşündə zədələnib braziliyalı müdafiəçinin bir neçə oyunda iştirak etməyəcəyini bildirib:

"Mateusla bağlı problem var. Yəqin ki, bir neçə oyun olmayacaq.

Yankoviçə gəlincə, tam qərar verməmişik. Ümumi durumu pis deyil.

Çoxdan idi ki, əsas heyətdə oynamırdı. "Sabah"la matçda bəlkə də çox oynadı.

Həmin görüşdə 60-65 dəqiqə oynamalı idi. Amma gedişata görə uzandı.

Ən doğru qərarı verməyə çalışacağıq. Xüsusən də futbolçu üçün".

"Qarabağ"ın daha bir cinah müdafiəçisi Marko Veşoviç də zədədən əziyyət çəkir.

Avropa Liqasının Liqa mərhələsinin II turunun “Qarabağ” – “Malmö” görüşü oktyabrın 3-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Избранный
15
sportinfo.az

1Источники