RU

Çempionlar Liqasında türklərin turu…

style='margin-bottom:10px;'>

Türkiyə milli komandasının futbolçuları Kerem Aktürkoğlu və Orkun Kökçü komandaları “Benfika”nın (Portuqaliya) heyətində növbəti oyuna çıxıblar.

QOL.az xəbər verir ki, Lissabon təmsilçisi Çempionlar Liqasının 2-ci turunda Madrid “Atletiko”sunu qəbul edib. Oyun “Benfika”nın 4:0 hesablı qələbəsi ilə başa çatıb. 

Oyunda 1-ci qolu Aktürkoğlu (13-cü dəq.), sonuncunu isə Kökçü (84-pen.) vurub. Digər iki qolun müəllifi isə Anxel Di Maria (52-pen) və Aleksander Bax (75 olub).

Bu qələbə sayəsində “Benfika” 6 xalla (top fərqi +5) turnir cədvəlində 3-cü yeri tutur. Birinci yerdə isə 6 xalla digər türkiyəli Nuri Şahinin baş məşqçisi olduğu Dortmund “Borussiya”sı (+9) qərarlaşıb.

Xatırladaq ki, K.Aktürkoğlu və Orkun Kökçü “Benfika”nın ÇL-in 1-ci turunda “Srvena Zvezda”da (Serbiya) qarşı səfər matçında (2:1) hərəyə bir qol vurublar.

Избранный
26
teleqraf.com

1Источники