RU

CİA Rusiyada agentlərin işə qəbulu proqramını genişləndirməyə başladı...-"REUTERS"

Birləşmiş Ştatların Mərkəzi Kəşfiyyat İdarəsi(MKİ-CİA)Rusiyada informatorları -məlumat verənləri işə götürmək üçün kampaniyasını genişləndirdiyini elan edib.
 
Moderator.az "TSN"-ə istinadla xəbrə verir ki, bu barədə "Reuters" məlumat yayıb.
 
Mərkəzi Kəşfiyyat İdarəsi işə qəbul üçün ABŞ kəşfiyyat agentlikləri ilə təhlükəsiz əlaqə saxlamağa dair Çin, farc və Koreya dillərindəki təlimatlardan məlumatları nəzərə alıb.
 
“Bizim bu cəbhədəki səylərimiz Rusiyada uğurlu olub və biz əmin olmaq istəyirik ki, digər avtoritar rejimlərdəki insanlar bizim biznes üçün açıq olduğumuzu bilsinlər”, - ABŞ kəşfiyyat agentliyinin rəsmisi deyib.
 
CIA videosu Çin dilində təhlükəsiz, şifrələnmiş virtual şəxsi şəbəkə (VPN) və ya TOR şəbəkəsindən istifadə edərək rəsmi vebsaytla əlaqə saxlamağı tapşırır.
 
Vaşinqtonun daha çox məlumat almaq istəyi onunla bağlıdır ki, son vaxtlar Rusiya Federasiyası, Çin və İran arasında əməkdaşlıq əhəmiyyətli dərəcədə artıb və onlar hərbi baxımdan aktivləşiblər.
 
Bununla belə, CIA Çin, Şimali Koreya, İran və Rusiya Federasiyasını  hakimiyyətləri daxilində informatorları tapmaq çətin olan ölkələr-"sərt hədəflər" kimi tanıyır.
 
Избранный
25
moderator.az

1Источники