RU

“Bayer-04” öz rekordunu yenilədi

Çempionlar Liqasının yeni mövsümü“Bayer-04” üçün uğurla başlayıb.

Almaniya klubu çərşənbə axşamı evdə “Milan”ı minimal hesabla məğlub edib. Leverkuzenlilər avrokuboklarda öz meydanında ardıcıl 10-cu oyunda da uduzmamaqla öz rekordunu yeniləyiblər.

Xatırladaq ki, Xabi Alonsonun komandası ötən mövsüm Almaniya çempionu olub. “Bayer-04”ün son mövsümdə bundesliqada və ölkə kubokunda uduzmadığını da qeyd edək.

Избранный
39
football-plus.az

1Источники