RU

Ukrayna Belçikadan "Sezar" özüyeriyən silahı alacaq

...Belçika Ukraynanı üç "Sezar" özüyeriyən artilleriya sistemi ilə təchiz etməyə hazırlaşır. Deyilənlərə görə, hələlik üç ədəd veriləcək.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə RTBF telekanalı məlumat yayıb.

...Yaxın vaxtlarda Nazirlər Şurasına ümumilikdə 12 milyon avro dəyərində üç “Sezar” artilleriya qurğusunun alınması və Ukraynaya təhvil verilməsi ilə bağlı dosye təqdim olunacaq, - deyə məlumatda bildirilir.

Xatırladaq ki, Fransa bu ilin əvvəlində ABŞ-la birlikdə Ukrayna ordusuna dəstək vermək üçün “artilleriya koalisiyası” yaratmışdı. Koalisiyaya Belçika da olmaqla 25 ölkə daxil idi. Koalisiyanın məqsədi 2024-cü ildə Ukraynaya əlavə 72 “Sezar” özüyeriyən silah vermək idi.

Qeyd edək ki, xüsusilə, Fransa, 12 artilleriya qurğusunu təhvil verməyi öhdəsinə götürdü.

Əli Babayev

Избранный
31
sia.az

1Источники