RU

HƏMAS İsraildəki terrora görə məsuliyyəti öz üzərinə götürdü

Fələstin HƏMAS hərəkatının hərbi qanadı “İzzəddin əl-Qəssam Briqadaları” Təl-Əvivin cənubunda törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.

 

Sfera.az-ın məlumatına görə, bu barədə radikalların telegram kanalında müvafiq bəyanat yerləşdirilib.

 

Yaraqlıların sözlərinə görə, yaxın bir neçə gün ərzində yeni hücumlar olacaq.

 

Qeyd edək ki, Təl-Əviv şəhərinin cənubunda oktyabrın 1-də axşam saatlarında baş verən atışma nəticəsində İsrailin 7 vətəndaşı ölüb, 16-sı yaralanıb. Müəyyən edilib ki, terror aktını iki nəfər törədib, onlardan biri ölüb, digəri isə ağır yaralanıb. Hər ikisi Hevron (İordan çayının qərb sahilindəki şəhər) sakinləridir. (Report)

 

Избранный
4
13
sfera.az

10Источники