RU

ATƏT çərçivəsində Qərbi Azərbaycanla əlaqədar yan tədbir keçirilib


Oktyabrın 2-də Polşada ATƏT-in 2024-cü il Varşava İnsan Ölçüsü Konfransı çərçivəsində "Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin təmsilçisi Nədimə Rəhimli, İqtisadi və Sosial İnkişaf Mərkəzinin nümayəndəsi Fuad Kərimli yan tədbir keçirib. 
Yan tədbir "İqlim dəyişmələri və qaçqınların sağlamlığı” mövzusuna həsr edilib və dünyada qaçqın və məcburi köçkünlərin vəziyyəti, iqlim dəyişmələrinin onların həyatına sosial, iqtisadi təsirləri müzakirə edilib. Dünyada məcburi köçkünlərin üzləşdiyi problemlər, xüsusilə Qərbi Azərbaycandan deportasiya edilmiş şəxslərin öz ata-baba yurdlarına qayıtmaq hüququnun bərpa edilməsinin vacibliyi geniş müzakirə edilib. Qeyd olunub ki, Ermənistandan zorla deportasiya edilmiş azərbaycanlıların bir hissəsi köç zamanı yeni iqlim mühitinə uyğunlaşa bilməyib, həyatlarını itiriblər. 
Yan tədbir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə keçirilib. 
Toplantıda Azərbaycan Respublikasının Polşa Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Nərgiz Qurbanova, Avstriya Respublikasındakı fövqəlada və səlahiyyətli səfiri Rövşən Sadıqbəyli, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva və Agentliyin əməkdaşları iştirak ediblər. Təqdimatdan sonra baş tutan müzakirələrdə Malta, Avstriya, Polşa, Qazaxıstan, Özbəkistan, Sudan, Ukrayna, Macarıstan, Gürcüstan və Türkiyə kimi ölkələrdən vətəndaş cəmiyyəti nümayəndələri fikirlərini bildirib.
Yan tədbir çərçivəsində Azərbaycanın iqlim dəyişmələri ilə mübarizədə atdığı addımlar da yüksək qiymətləndirilib, COP29-dan gözləntilər, inklüzivliyin əhəmiyyəti vurğulanıb.


Избранный
22
5
7news.az

6Источники