Təl-Əvivdə yeddi nəfərin ölümü ilə nəticələnən terror hücumuna görə məsuliyyəti HƏMAS hərəkatının hərbi qanadı olan Əl-Qəssam briqadası üzərinə götürüb.
Publika.az xəbər verir ki, hərəkatın hərbi qanadının məlumatına görə, hücum nəticəsində 7 nəfər həlak olub, 16 nəfər yaralanıb.
Avtomatla silahlanmış iki nəfər oktyabrın 1-də Təl-Əvivin cənubunda tramvaya girərək sərnişinlərə atəş açıb. Daha sonra onlar küçədəki insanları atəşə tutublar.