RU

Arkadiuş Milik üçün 2024-cü il erkən başa çatdı

Futbol üzrə Polşa millisinin və İtaliyanın “Yuventus” komandasının hücumçusu Arkadiuş Milik 2024-cü ildə meydana çıxa bilməyəcək.

Arena.az bu barədə İtaliya klubunun mətbuat xidmətinə istinadən məlumat verir.

Dizindəki zədəyə görə Almaniyada keçirilən Avropa çempionatından (AÇ-2024) kənarda qalan polşalı futbolçunun sağalma prosesi gecikir. Aparılan müayinələrdən sonra onun cari il futbol oynaya bilməyəcəyi dəqiqləşib.

Xatırladaq ki, Arkadiuş Milik 2022-ci ilin avqust ayından “Yuventus”da çıxış edir. Polşalı hücumçu bu komandanın heyətində 75 oyun keçirib, 17 qol vurub, 2 məhsuldar ötürmə edib.

Polşalı forvard daha öncə Marsel “Olimpik”i (55 oyun, 33 qol, 3 assist), “Napoli” (122 oyun, 48 qol, 5 assist), “Ayaks” (76 oyun, 47 qol, 21 assist), “Qurnik” (40 oyun, 12 qol, 4 assist), “Auqsburq” (20 oyun, 2 qol) və “Bayer” (8 oyun, 2 assist) kimi klubların da formasını geyinib.

Milik 2012-ci ilin oktyabr ayında debüt etdiyi Polşa millisinin heyətində 73 matça çıxıb. O, bu oyunlarda 17 qola imza atıb, 17 məhsuldar ötürmə ilə yadda qalıb.

“Transfermarkt” internet-portalı 30 yaşlı hücumçunun transfer dəyərini 6 milyon avro məbləğində qiymətləndirir.

Избранный
23
arena.az

1Источники