RU

Çin Kanadanın avtomobillərinə tətbiq etdiyi "repressiv tariflərdən" şikayətlənir

Çinin Ticarət Nazirliyi Ümumdünya Ticarət Təşkilatına (ÜTT) Kanadanın Çin mallarına qarşı “repressiv tədbirləri” nəzərdən keçirməsini xahiş edərək şikayət edib. 

Valyuta.az xəbər verir ki, bu barədə “Kommersant” yazıb.

Çin Kanada hökumətinin ölkəyə elektromobillərin, eləcə də alüminium və polad məmulatlarının idxalına tətbiq etdiyi əlavə rüsumları qanunsuz hesab edir.

"Kanada ikitərəfli iqtisadi və ticarət əməkdaşlığına rasional və obyektiv baxmalı, faktlara hörmət etməli, ÜTT qaydalarına riayət etməli və yanlış yola davam etməməlidir", deyə Çin Ticarət Nazirliyinin bəyanatında qeyd edilir.

Kanada avqustun əvvəlində Çin elektrikli avtomobillərinə 100% idxal rüsumlarını açıqlayıb. Bu qərar ABŞ və Avropa İttifaqının analoji tədbirlərindən sonra verilib. ABŞ və Aİ qoruyucu rüsumların tətbiqini Çində elektriklə işləyən avtomobillərin istehsalına dövlət tərəfindən “qanunsuz subsidiyalar” kimi izah ediblər.

Paşa Məmmədli

Избранный
15
valyuta.az

1Источники