RU

Yaponiyalı kişi 10 ildir dənizdə üzərək həyat yoldaşının axtarışındadır

"Həyat yoldaşının xatirəsi və onun sonuncu ismarıcı Yasuonu axtarışlarını dayandırmamağa sövq edir..."
 
Yaponiya sakini Yasuo Takamatsu 10 ildən artıqdır ki, 11 mart 2011-ci ildə dağıdıcı sunami zamanı yoxa çıxan həyat yoldaşı Yukonun axtarışlarını davam etdirir.
 
Moderator.az xəbər verir ki, bu barədə "LADbible" nəşri yazıb.
 
Həmin gün o, bankda işdə olub və ərinə sonuncu ismarıcı göndərib: "Səndə hər şey qaydasındadır? Mən evə dönmək istəyirəm". Bu qısa SMS Yukodan olan sonuncu xəbər olub.
 
Fəlakətdən dərhal sonra Takamatsu təbii fəlakətin törətdiyi böyük dağıntılar səbəbindən evə dönə bilməyib. Bir neçə saat axtarışlardan sonra o, bankın yaxınlığında avtomobil dayanacağında həyat yoldaşının telefonunu aşkar edib. Orada onun yerli vaxtla saat 15:25-də fəlakətli sunami barədə yazdığı, amma yetişməyən ismarıcı qalıb.
 
Yukonu tapmaq üçün uzun müddət və əbəs axtarışlar cəhdindən iki il yarım sonra Yasuo taktikanı dəyışmək qərarına gəlib. O, dayvinq kurslarına yazılıb və hansısa ipucu axtarmaq üçün dənizin dərinliklərinə baş vurmağa başlayıb.
 
O zamandan Takamatsu hər həftə həyat yoldaşının cəsədini və ya heç olmasa izlərini aşkar etmək ümidilə akvalanqla suya baş vurur. 
 
"Mən anlayıram ki, dəniz çox böyükdür, ola bilsin ki, onu tapmaq heç vaxt mümkün olmayacaq. Amma mən axtarışlarımı davam etdirməliyəm", - o, deyib. Bu sadə olmayan işdə ona dayvinq üzrə təlimatçı Masayoşi Takaxaşi dəstək verir.
 
Takamatsu öz həyat yoldaşı ilə Yaponiya ordusunda xidmət edən zaman tanış olub. Fəlakət baş verən zaman o, artıq avtobus sürücüsü işləyib, lakin həyat yoldaşının xatirəsi və onun sonuncu ismarıcı onu axtarışlarını dayandırmamağa sövq edir.
 
2011-ci ildə sunami zamanı itkin düşənlərin axtarışı bugünə qədər, hərçənd, az miqyasda davam edir. Həmin fəlakət nəticəsində 18 min nəfər həlak olub, təxminən 2, 5 min nəfər indiyədək itkin düşən hesab edilir.
Избранный
11
moderator.az

1Источники