RU

70 yaşlı kişini maşın vurub öldürdü

Mingəçevirdə piyadanı maşın vuraraq öldürüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, oktyabrın 2-də saat 18 radələrində Mingəçevir şəhərində Əlzamin Quliyev idarə etdiyi “Lada Vesta” markalı avtomobillə yolu keçən piyada, 1954-cü il təvəllüdlü Xalid Məmmədovu vurub.

Piyada aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.


Müəllif: Teleqraf.com
Избранный
3
3
teleqraf.com

10Источники