RU

Ukraynada demoqrafik fəlakət: 2051-ci ilə qədər əhali sayı 25,2 milyon nəfərə qədər azala bilər

Ukraynanın əhalisi 25 milyon nəfərə qədər azala bilər. Bu barədə Ukrayna Nazirlər Kabinetinin sentyabrın 30-da təsdiq etdiyi 2040-cı ilə qədər olan dövr üçün Ukraynanın Demoqrafik İnkişafı Strategiyasında deyilir.

Sənəddə (.pdf) deyilir ki, Milli Elmlər Akademiyasının Demoqrafiya və Həyat Keyfiyyəti Problemləri İnstitutunun məlumatına görə, “Ukrayna əhalisi 2041-ci ilə qədər 28,9 milyon nəfərə, 2051-ci ilə qədər isə 25,2 milyon nəfərə qədər azala bilər”.

Strategiyada bildirilir ki, hərbi əməliyyatlar və hərbi vəziyyət kimi çağırışlar və təhdidlər nəzərə alınır. Lakin bildirirlir ki, onlar başa çatdıqdan sonra da çağırışlar və təhdidlər mövcud olmağa davam edəcək. “Əhalinin proqnozlaşdırılması zəruri statistik məlumatların olmaması, xüsusən də müvəqqəti işğal olunmuş ərazilərdə demoqrafik göstəricilərin nəzərə alınmasının mümkünsüzlüyü və hərbi hadisələrin çoxşaxəli ssenariləri səbəbindən çətinləşir”, – sənəddə deyilir.

//Samir Qurbanov, Editor.az

Избранный
23
editor.az

1Источники