Bakının Sabunçu rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Manset.az xəbər verir ki, hadisə Maştağa qəsəbəsində qeydə alınıb. Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən bildirilib ki, saat 18:40 radələrində Maştağa şosesi ərazisindən piyadanın vurulması səbəbilə çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən təxminən 65-70 yaşlarında (qadın cinsli) şəxsin həkimə qədər ölüm faktı qeydə alınıb.