RU

Estoniya öz qoşunlarını Ukraynaya göndərmək istəyir

Estoniya Ukraynaya öz qoşunlarını göndərməyi nəzərdən keçirir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Baltikyanı respublikanın müdafiə naziri Hanno Pevkur bildirib.

Onun sözlərinə görə, Estoniya ordusu Ukraynaya göndərildiyi halda döyüş tapşırıqlarını yerinə yetirməyəcək və ölkənin qərbində yerləşəcək.

Bununla belə, müdafiə naziri qeyd edib ki, hələlik bu məsələ ilə bağlı yekun qərar verilməyib və hazırda bu, yalnız plan olaraq müzakirə edilir.

Əsas maneə, Estoniya hərbçilərinin Ukraynada təhlükəsizliyinin təmin edilməsi ilə bağlı qeyri-müəyyənlikdir.

Избранный
17
iqtisadiyyat.az

1Источники