RU

Maştağada 2 nəfərdən 4 kiloqram narkotik vasitə aşkarlandı

Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 14-cü polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyatlar nəticəsində Maştağa qəsəbəsində narkotiklərin satışını həyata keçirən Abasqulu Quliyev və Fazil Cəfərzadə saxlanılıblar.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Moderator.az-a verilən məlumata görə, onlardan ümumilikdə 4 kiloqram satış məqsədi ilə əldə etdikləri qurudulmuş marixuana aşkarlanıb.
 
Faktla bağlı 14-cü polis şöbəsində toplanan materiallar Sabunçu RPİ-yə göndərilib.
Избранный
8
13
moderator.az

10Источники