RU

Ananas insanları "yeyir"? - MARAQLI ARAŞDIRMA

Ananas istehlakı son vaxtlar sosial media platformalarında böyük müzakirə mövzusuna çevrilib. 

News24.az xəbər verir ki, TikTok istifadəçiləri bu tropik meyvəni yedikdən sonra yaşadıqları qəribə qıcıqlanma hissini bildirərkən, bir çox insan bu vəziyyətin arxasında duran elmi faktlarla maraqlanmağa başlayıb. 

TikTok fenomeni kimi tanınan SF Microscopy ananasın daxili quruluşunu mikroskop altında araşdıraraq diqqətəlayiq bir kəşf edib. Ananasın içindəki raphid adlanan minlərlə xırda iynənin ağızdakı hüceyrə membranlarını deşərək qıcıqlanmaya səbəb olduğunu öyrənən istifadəçilər şoka düşüblər. Bu, ananasın asidik şirəsi ilə birləşdikdə, qıcıqlanma hissini daha da artırır.

Livestrong.com-a görə, ananasın tərkibindəki bromelain fermenti də ağızda uyuşma hissi yarada bilər. Bu ferment hüceyrələrin səthindəki molekulları məhv etməklə işləyir və bu, ananasın çeynəmə zamanı yaratdığı narahatlığın başqa bir səbəbidir.

Əsas məqamlar:

Raphides: Mikroskop altında görünən ağızda qıcıqlanmaya səbəb olan kiçik iynələr.

Bromelain: Ananasın tərkibindəki ferment ağızda uyuşma hissi yarada bilər.

Turşulu su: Rafidlərin təsirini artıraraq karıncalanmanı artırır.

Məryəm İlhamqızı

Избранный
15
news24.az

1Источники