RU

Rusiya Ermənistanın KTMT-dəki fəaliyyətini dondurmasını davam etdirməsindən təəssüflənir

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Rusiya tərəfi Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində fəaliyyətini dondurmasını davam etdirməsindən təəssüflənir".
Oxu.Az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı news.ru-nun sualını cavablandırarkən deyib.
"Biz Ermənistanın KTMT çərçivəsində fəaliyyətini dondurmasını davam etdirməsindən və ya boykot etməsindən təəssüflənirik. Hesab edirik ki, Avrasiya İqtisadi İttifaqı (Aİİ) iqtisadi sahədə olduğu kimi, KTMT də təhlükəsizlik sahəsində faydalıdır. Biz bu iki struktur çərçivəsində Ermənistanla qarşılıqlı fəaliyyət üçün heç bir maneə görmürük, lakin bu, ölkənin milli siyasəti ilə bağlı məsələdir", - M.Zaxarova bildirib.
Daha əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Varşava Təhlükəsizlik Forumunda çıxışı zamanı bildirib ki, İrəvan KTMT-dən çıxmaqla bağlı bütün riskləri öyrənir.
Избранный
6
42
oxu.az

10Источники