RU

Azərbaycana Belarus epizootiya vəziyyətinə nəzarət sistemlərini inkişaf etdirəcək

Bakı. Trend:

Azərbaycana Belarus epizootiya vəziyyətinə nəzarət sistemləriniinkişaf etdirəcək.

Trend xəbər verir ki, bu,Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasındamüzakirəyə çıxarılan ““Azərbaycan Respublikası Hökuməti və BelarusRespublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıqhaqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişiklikləredilməsinə dair Protokol”un təsdiq edilməsi barədə” qanunlayihəsində əksini tapıb.

““Azərbaycan Respublikası Hökuməti və Belarus RespublikasıHökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında 2007-ciil 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dairProtokol”un təsdiq edilməsi barədə qanun layihəsi ilə bağlıməlumatında komitə sədri bildirib ki, preambula və 2 maddədənibarət olan Protokol 2024-cü il mayın 16-da Bakı şəhərindəimzalanıb.

Saziş çərçivəsində Azərbaycan və Belarus baytarlıq orqanlarıarasında əlaqələrin gücləndirilməsi, heyvan xəstəliklərininqarşısının alınması və yayılmasının qarşısının alınması üçüntədbirlərin görülməsi, o cümlədən epizootiya vəziyyətinə nəzarət vəqarşılıqlı məlumatlandırma sistemlərinin inkişafı nəzərdətutulur.

Sənədə əsasən beynəlxalq epizootik büronun Ümumdünya HeyvanSağlamlığı Təşkilatı ilə əvəz olunması təklif edilir.

Избранный
3
5
az.trend.az

6Источники