RU

Öldürdüyü qadınları donuzlara yedizdirirdi

Cənubi Afrikanın şimalındakı Limpopo əyalətində Polokwane yaxınlığındakı fermada yemək axtaran iki qaradərili qadın, 45 yaşlı Maria Makqato və 34 yaşlı Lucia Ndlovu güllələnərək öldürülüb.

News24.az xəbər verir ki, iki qadının saxlama müddəti bitmiş və ya yaxınlarda bitəcək yeməli məhsulları axtarmaq üçün fermaya getdiyi bildirilib.

60 yaşlı ferma sahibi Zachariah Johannes Olivier və onun işçiləri Adrian de Wet və William Musora qarşı qətl ittihamı irəli sürülüb.

Qeydlərə görə, üç şübhəli qadınları öldürdükdən sonra dəlilləri məhv etmək üçün cəsədləri donuzlara yedizdiriblər.

Silahla öldürülən Makqatonun qardaşı Walter Mathole, hadisənin Cənubi Afrikada qara və ağlar arasında irqi gərginliyi daha da artırdığını bildirib. 

Məhkəmənin üç şübhəlinin təminat müqabilində azad edilib-edilməyəcəyinə qərar verəcəyi gözlənilir.

Məryəm İlhamqızı


Избранный
23
1
news24.az

2Источники